Özünüməşğulluq, “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununun 1.1.15 maddəsində qeyd olunduğu kimi, şəxsin müstəqil surətdə və yaxud dövlətin dəstəyi ilə özünü işlə təmin etməsidir.
Özünüməşğulluq proqramında iştirak etmək istəyən işsiz və mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olub, digər məşğulluğu olmayan işaxtaran şəxslər qeydiyyatda olduğu Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarına və ya “DOST” mərkəzlərinə müraciət etməlidirlər.
İşsiz və mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olub, digər məşğulluğu olmayan işaxtaran şəxslər özünüməşğulluq proqramında iştirak etmək hüququna malikdirlər.
1. Özünüməşğulluğun təşkili ilə bağlı məsləhətlərin və məlumatların verilməsi;
2. Özünüməşğulluq istiqamətinin seçilməsinə və təşkilinə köməklik göstərilməsi;
3. Özünüməşğulluğun təşkili üçün biznes-planın hazırlanmasına köməklik göstərilməsi o cümlədən təlimlərin keçirilməsi və onların nəticələrinin qiymətləndirilməsi;
4. Seçilmiş özünüməşğulluq istiqamətinin təşkili üçün natura şəklində material, avadanlıq və digər əmlakın 1 (bir) il müddətinə müqavilə əsasında verilməsi;
5. Özünüməşğulluğa cəlb olunmuş şəxsin fəaliyyətinin 1 (bir) il müddətində dövri monitorinqi.
Mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olub, digər məşğulluğu olmayan işaxtaran şəxslər istisna olmaqla bütün məşğul şəxslər.
1. muzdla işləyənlər - Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq işəgötürənlə əmək müqaviləsi (kontrakt) bağlayaraq, müvafiq iş yerlərində əmək fəaliyyətini əməkhaqqı müqabilində yerinə yetirən şəxslər;
2. mülki-hüquqi xarakterli müqavilələrlə işləyənlər - Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq qarşı tərəflə müqavilə bağlayıb əmək münasibətləri yaratmadan müəyyən haqq müqabilində işləri (xidmətləri) yerinə yetirən şəxslər;
3. sahibkarlar, ailə kəndli təsərrüfatının üzvləri;
4. haqqı ödənilən vəzifəyə seçilənlər, təyin və ya təsdiq edilənlər;
5. Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət edənlər;
6. ödənişli fəaliyyətlə məşğul olan ali və orta ixtisas təhsil müəssisələrində əyani təhsil alanlar;
7. Azərbaycan Respublikasının ərazisində qanuni əsaslarla haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər;
8. Azərbaycan Respublikasının hüdudlarından kənarda qanuni əsaslarla əmək fəaliyyəti ilə məşğul olan Azərbaycan Respublikasının vətəndaşları.
İşsizlikdən sığorta ödənişi alan şəxslər sığorta ödənişi aldığı müddətdə özünüməşğulluğa cəlb edilə bilməzlər.
Peşə təhsili alan şəxslər peşə təhsili aldığı müddətdə özünüməşğulluğa cəlb edilə bilməz.
Özünüməşğulluq təlimləri fiziki və ya online şəkildə həyata keçirilir.
Özünüməşğulluq istiqamətinin təşkili üçün əmlak verilənədək özünüməşğulluğa cəlb olunmuş şəxsin məşğul şəxs olduğu aşkar edildikdə ona əmlakın verilməsinin və özünüməşğulluğuna kömək göstərilməsinin dayandırılması haqqında qərar qəbul edilir.
Qiymətləndirmə zamanı özünüməşğulluğun təşkili üçün uyğun hesab edilməyən şəxslər biznes təlimlərində yenidən iştirak etmək hüququna sahibdir.
Özünüməşğulluğa cəlb olunmuş şəxslərə natura şəklində material,avadanlıq və digər əmlaklar 1 il müddətinə müqavilə əsasında verilir.
Özünüməşğulluğa cəlb olunmuş şəxsin fəaliyyətinin müqavilə müddəti ərzində monitorinqi aparılır və müqavilə müddətinin sonuna həmin şəxsin fəaliyyəti təqdim edilmiş biznes-plana uyğun olduqda, özünüməşğulluğun təşkili üçün verilmiş əmlak həmin şəxsin mülkiyyətinə verilir. Özünüməşğulluğa cəlb olunmuş şəxs ona "Məşğulluq haqqında" Azərbaycan Respublikasının Qanunun 24.1.4-cü maddəsinə uyğun olaraq müqavilə əsasında verilmiş əmlakdan 1 (bir) il ərzində üzrlü səbəb olmadan istifadə etmədikdə, həmin əmlakı və yaxud onun dəyərini əmlak qaytarılan vaxt müəyyən edilmiş bazar qiymətinə uyğun olaraq Dövlət Məşğulluq Agentliyinin hesabına qaytarır.
Özünüməşğulluğa cəlb olunmuş şəxs ona müqavilə əsasında verilmiş əmlakdan 1 (bir) il ərzində üzrlü səbəb olmadan istifadə etmədikdə, həmin əmlakı və yaxud onun dəyərini Dövlət Statistika Komitəsi tərəfindən əmlak qaytarılan vaxt müəyyən edilmiş bazar qiymətinə uyğun olaraq Dövlət Məşğulluq Agentliyinə qaytarır.
Dərhal Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Mərkəzinin Struktur bölməsinə və ya DOST Mərkəzlərinə məlumat verilməlidir.
Şəxs əmlakı təhvil aldıqdan sonra müvafiq şəraiti təmin edəcəyi barədə yazılı iltizamı imzalayır.