ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ

Həvəsləndirmə və biznes mükafatları üzrə məlumat

Layihə çərçivəsində Özünüməşğulluq proqramı üzrə 288 sahibkar həvəsləndirmə mükafatları ilə maliyyələşdiriləcək. Mükafatlar 1 il ərzində bizneslərini uğurla idarə edən və mövcud bizneslərini genişləndirməyə ehtiyacı olan benefisiarlara təqdim olunacaq.

Kim müraciət edə bilər?

Həvəsləndirmə və biznes mükafatları üzrə müraciətləri Məşğulluğa Dəstək Layihəsinin benefisiarları olmuş və bir ildən çox müddətdir biznesi olan fərdi sahibkarlar edə bilər.

Dəstək aşağıdakı sahibkarları əhatə edəcək:

  • Qeydiyyata alınmış vergi ödəyicisi,
  • Özünüməşğulluq proqramı çərçivəsində birinci ilin biznes planını uğurla tamamlamış,
  • Son 12 ay ərzində bütün hüquqi və vergi tələblərinə tam şəkildə riayət etmiş və cəriməsi olmayan,
  • Fəaliyyətdə olan biznesi inkişaf etdirməsi üçün əlavə avadanlıqlara ehtiyac duyan,
  • Biznesin inkişafı üçün biznes planı təmin edə biləcək,
  • Məşğulluğa Dəstək Layihəsi çərçivəsində istehsal və xidmət sahələri üzrə əmlakla təmin olunmuş benefisiarlar.

Mükafatlar hansı məqsədlərlə istifadə edilə bilər?

Həvəsləndirmə və biznes mükafatları yalnız biznes aktivlərini əhatə edir. Faktiki biznesin genişləndirilməsi üçün təqdim edilməsi nəzərdə tutulan avadanlıqlar tələbata uyğun olmalıdır.

İştirak mərhələləri

  • Proqramda iştirakla bağlı Dövlət Məşğulluq Agentliyi tərəfindən elan verilir. Məlumatın 1-ci bəndində qeyd edilən meyarlara cavab verən sahibkarlar iştirak edə bilərlər.
  • Elan üzrə müraciət edən sahibkarların məlumatları təhlil edilir.
  • Təhlil əsasında 1-ci bənddə qeyd edilən meyarlara cavab verən sahibkarlara biznes planlar təqdim edilir. Biznes planda sahibkarın keçən dövr ərzində fəaliyyəti, gələcək biznes barədə məlumatlar və gələcək biznes üçün ehtiyac olunan məhsulların təchizatçıları və bazar qiyməti barədə məlumatlar əks olunmalıdır.
  • Təqdim edilən biznes planlar Qiymətləndirmə Komissiyası tərəfindən qiymətləndirilir və sahibkar hazırladığı biznes planı müdafiə etməlidir.
  • Müdafiəni uğurla bitirmiş sahibkarlara biznes planda əks olunan avadanlıqlar təqdim edilir.
  •