Sığortaolunan – barəsində sığorta fəaliyyəti həyata keçirilən hakimlər, prokurorluq işçiləri (hərbi prokurorluq orqanlarının işçiləri istisna olmaqla), müstəntiqlər, ədliyyə, miqrasiya orqanlarında qulluq keçən, təhqiqat aparan, əməliyyat-axtarış fəaliyyətini həyata keçirən şəxslər, habelə fövqəladə halların nəticələrinin aradan qaldırılmasını, ictimai qaydanın mühafizəsini təmin edən, gömrük işini təşkil edən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) işçiləri.
Sığortaolunan 5 illik əməkhaqqı məbləğində sığorta edilir.
Sığortaolunanların xidməti vəzifələrinin icrası ilə bağlı həlak olması (vəfat etməsi), xəsarət (yaralanma, travma, kontuziya) alması və (və ya) əlilliyin müəyyən edilməsi sığorta hadisələri hesab edilir və sığorta ödənişləri sığorta məbləğinin müvafiq faiz nisbətlərində verilir:
a) sığortaolunan məhkəmə və ya hüquq mühafizə orqanlarında xidmətdə olduğu zaman həlak olduqda (vəfat etdikdə) - 100 faiz;
b) sığortaolunan xidmətdə olduğu zaman aldığı xəsarət (yaralanma, travma, kontuziya) almağa görə xidmətdən çıxdıqdan sonra üç il ərzində öldükdə - 100 faiz;
c) sığortaolunanın əlilliyi müəyyən edildikdə;
- orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə - 80%;
- orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə - 60%;
- orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə - 40%;
ç) sığortaolunan:
- ağır xəsarət (yaralanma, travma, kontuziya) aldıqda – 20%;
- az ağır xəsarət (yaralanma, travma, kontuziya) – 15%;
- yüngül xəsarət (yaralanma, travma, kontuziya) aldıqda – 10%.