ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ

3 yaşınadək uşağa qulluğa görə müavinət

Sığortaolunanın qismən ödənişli sosial məzuniyyət əmri sığortaedən tərəfindən “Əmək və məşğulluq” altsistemində yaradıldıqda sığortaolunana üç yaşınadək uşağa qulluğa görə müavinət qanunvericiliklə müəyyən olunmuş məbləğdə avtomatlaşdırılmış qaydada təyin edilir.

Həmin məzuniyyət dövründə uşağa qulluq edən şəxsə bir yaş yarımadək uşağa qulluğa görə - 44 manat, uşağın bir yaş yarımdan üç yaşınadək ona qulluğa görə isə 28 manat müavinət ödənilir.

Əlilliyi olan üç yaşınadək uşağa qulluğa görə müavinət qüvvədə olan qanunvericilikdə nəzərdə tutulmuş müavinət məbləğinin ikiqatı miqdarında verilir.

Uşaq üç yaşına çatanadək öldüyü halda müavinətin verilməsi uşağın öldüyü gündən, habelə sığortaolunanın öz xahişi ilə qismən ödənişli sosial məzuniyyət dövründə əmək müqaviləsinə xitam verildiyi və ya məzuniyyətdən öz arzusu ilə işə qayıtdığı tarixdən müavinətin verilməsi dayandırılır.

Təyinatın avtomatlaşdırılmış qaydada aparılmasının mümkün olmadığı hallarda, “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş sığortaolunanlara sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin təyin edilməsi, hesablanması və ödənilməsi Qaydası”nın 1 nömrəli əlavəsi ilə müəyyən edilmiş formada sığortaedən tərəfindən müraciət edildikdən sonra müavinətin verilməsi təmin edilir.