Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Dəstək Mərkəzi publik hüquqi şəxsi əlilliyi olan şəxslərin, işsiz və işaxtaranların, habelə sosial müdafiəyə ehtiyacı olan digər şəxslərin məşğulluğu, sosial müdafiəsi, təminatı, sosial adaptasiyası ilə bağlı tədbirləri, həmçinin bu istiqamətdə müxtəlif sosial dəstək layihələrini həyata keçirir.