Sosial Dəstək Mərkəzinin direktoru
İsmayıl Tofiq oğlu İsrafilov
1974-cü ildə Sumqayıt şəhərində anadan olub.
1996-cı ildə Azərbaycan Texniki Universitetinin Mexanika mühəndisliyi ixtisasını fərqlənmə ilə bitirmişdir.
2006-cı ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsindən məzun olmuşdur.
1997-2010-cu illər ərzində “ARAMARK LTD”-də (ABŞ-Azərbaycan) supervayzer, təchizat üzrə menecer və icraçı menecer vəzifələrində çalışıb.
2011-2013-cü illərdə Serbiya-Azərbaycan Ticarət Palatasının (SAKOM) birinci vitse-prezidenti olub.
2012-2018-ci illərdə “CNI Development LLP(UK)”- un baş direktoru vəzifəsində işləyib.
2018-2021-ci illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdindəki Tikilməkdə olan Obyektlərin Müdiriyyətində direktor vəzifəsində çalışıb.
2021-ci ilin 2 sentyabrında Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müvafiq əmri ilə Sosial Dəstək Mərkəzinin direktoru vəzifəsinə təyin olunub.
İngilis və rus dillərini bilir. Evlidir, 3 övladı var.