Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai şuranın üzvləri ilə Mediasiya Şurasının nümayəndələrinin görüşü olub.
4 saylı Bakı DOST mərkəzində keçirilən görüşdə Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilov İctimai şura üzvlərinə Mediasiya Şurasının ötən dövrdəki fəaliyyəti barədə məlumat verib.
Mediasiya sahəsində görülən işlər, həyata keçirilən layihələr diqqətə çatdırılıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai şuranın sədri Elşad Məmmədov şuranın fəaliyyətini qeyd edib, belə görüşlərin əhəmiyyətini vurğulayıb.
Görüşdə rəqəmsal mediasiyanın yaradılması, mediasiyanın perspektiv inkişafı, Mediasiya Şurası ilə İctimai şura arasında gələcək əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb, təklif və tövsiyələr ifadə olunub.