Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişlliyi Xidmətində Nazirlik yanında İctimai şuranın üzvləri ilə görüş keçirilib.
Xidmət rəisi Vəli Quliyev əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti sahəsində aparılan islahatlar, Xidmətin gördüyü işlər və gələcək planları, Əməyin Mühafiəsi Mərkəzinin fəaliyyəti barədə məlumat verib.
V.Quliyev Xidmət və Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya ilə birlikdə həyata keçirilən “DOST müfəttiş” layihəsi barədə məlumat verərək bildirib ki, layihənin məqsədi insan resurslarının idarə edilməsi, əmək qanunvericiliyinin tətbiqi, əməyin mühafizəsi işinin təşkili və elektron altsistemlərindən istifadə üzrə işəgötürənlərə metodiki dəstəyin göstərilməsidir.
İctimai şuranın sədri Elşad Məmmədovun və şuranın digər üzvlərinin fikirləri, təklifləri dinlənilib, gələcək əməkdaşlıq məsələlərinə dair müzakirələr aparılıb.