Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunda Nazirlik yanında İctimai şuranın üzvləri ilə görüş keçirilib.
Fondun İdarə Heyətinin sədri Himalay Məmişov şura üzvlərinə Fondun fəaliyyəti və 2023-cü ildə görülən işlər barədə məlumat verib. Həmçinin növbəti il sosial dəstək proqramları çərçivəsində həyata keçiriləcək yenilikləri və artırılması nəzərdə tutulan sosial ödənişləri diqqətə çatdırıb.
Bundan başqa xidmət keyfiyyətinin yaxşılaşdırılması istiqamətində görüləcək işlərdən, ötən müddət ərzində elektron xidmətlərin keyfiyyətinin yüksəldilməsindən, operativliyin təmin olunmasından və vətəndaş məmnuniyyətinin artırılmasından bəhs olunub.
İctimai şura üzvləri görülən işləri və əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində atılacaq addımları, eləcə də xidmət keyfiyyəti və vətəndaş məmnuniyyətinin artmasını yüksək qiymətləndiriblər. Həmçinin həyata keçiriləcək sosial dəstək proqramlarının böyük əhəmiyyət daşıyacağını vurğulayıblar.
İctimai Şuranın sədri Elşad Məmmədovun və şuranın digər üzvlərinin rəy və təklifləri dinlənilib. Görüşdə Fondun fəaliyyət sahələri üzrə gələcək əməkdaşlıq məsələləri və vətəndaş cəmiyyəti institutları ilə birgə ictimai debatların təşkilinə dair müzakirələr aparılıb.