Bu gün DOST İş Mərkəzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai şuranın üzvləri ilə görüş keçirilib.
Mərkəzin direktoru Firudin Cəbrayılov ilkin peşə və ixtisası olmayan şəxslərin işlə təmin edilməsində önəmli rol oynayan ödənişli ictimai işlərə və bu sahədəki hədəflər barədə məlumat verib.
Ötən dövr ərzində işsiz və işaxtaran vətəndaşlar üçün icra olunan “İşsizin dostu” proqramı çərçivəsində görülən işlər qeyd edilib. Proqramın icrasında əlilliyi olan şəxslər, müharibə iştirakçıları və şəhid ailəsi üzvlərinə xüsusi önəm verildiyi diqqətə çatdırılıb.
Vətəndaş cəmiyyəti institutları ilə əlaqələrin genişləndirilməsinin dövlət xidmətlərində şəffaflıq və keyfiyyət göstəricilərini artırmağa xidmət etdiyi vurğulanıb.
İctimai şuranın sədri Elşad Məmmədovun, şuranın digər üzvlərinin fikirləri, təklifləri dinlənilib.
Mərkəzin fəaliyyət sahələri üzrə İctimai şura üzvləri ilə gələcək əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb.