Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin Sədri
Anar Məhərrəm oğlu Bayramov
1975-ci ildə Bakı şəhərində anadan olub.
1991-ci ildə Azərbaycan Tibb Universitetinə (ATU) daxil olub. Akademik Mirqasımov adına təqaüdə layiq görülüb və ATU-nu qırmızı diplomla bitirib. 1998-ci ildə “Case Western Reserve University”-nin (Klivlend, ABŞ) Geriatriya üzrə proqramını bitirib.
Tibb Universitetinin Daxili xəstəliklər və Reanimatologiya kafedrasının kliniki ordinatoru, sonradan aspirantı kimi çalışıb, fəaliyyətini özəl klinikada həkim olaraq davam etdirib.
2003-cü ildən tibb üzrə fəlsəfə doktorudur.
2006-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetini fərqlənmə diplomu ilə bitirərək İqtisadiyyat və İdarəetmə ixtisası üzrə magistr dərəcəsini alıb.
2002 – 2004-ci illərdə “A-Group” Sığorta Şirkətində müxtəlif vəzifələrdə çalışıb.
2004-cu ildə “A-Group” Sığorta Şirkətinin baş direktoru, 2009-cu ildə isə İdarə Heyətinin sədri təyin edilib.
Hazırkı vəzifəsinə qədər əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviri vəzifəsində çalışıb.
2021-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri vəzifəsinə təyin edilib.