DOST Rəqəmsal İnnovasiyalar Mərkəzinin direktoru
Kənan Eyvaz oğlu Əkpərov
1991-ci ildə Cəlilabad rayonunda anadan olub.
2008-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetində bakalavr, 2012-ci ildə Bakı Dövlət Universitetində magistr təhsilini alıb.
2010-2014-ci illərdən İnformasiya Texnologiyaları sahəsi ilə əlaqəli bir neçə yerli şirkətdə çalışıb.
2014-cü ildən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində sektor müdiri, 2019-cu ildən isə E-xidmətlər və innovasiyalar şöbəsinin müdiri vəzifəsində çalışıb.
Hazırda DOST Rəqəmsal İnnovasiyalar Mərkəzinin direktoru kimi fəaliyyətini davam etdirir.