DOST İş Mərkəzi Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru
Firudin Qaçay oğlu Cəbrayılov
1978-ci ildə Bakı şəhərində anadan olub.
Bakı Dövlət Universitetində “Beynəlxalq hüquq və beynəlxalq münasibətlər” sahəsi üzrə 1999-cu ildə bakalavr, 2002-ci ildə isə magistr dərəcəsini bitirib.
2006-cı ildən Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində müxtəlif vəzifələrdə işləyib.
2019-cu ildən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki “DOST İş Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktor müavini, 2019-cu ilin 10 dekabrında isə Mərkəzin direktoru vəzifəsinə təyin edilib.
Vətən Müharibəsində iştirak edib, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad edilməsinə görə”, “Cəsur döyüşçü” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunub.