ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin açılışı 22 oktyabr 2021-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın iştirakı ilə baş tutub.

Geniş profilli Mərkəzin əsas məqsədi sosial cəhətdən həssas əhali qruplarından olan şəxslərin yaradıcı potensialının, istedadlarının, digər bacarıqlarının ortaya çıxarılmasına və inkişafına kömək etməkdir.

Gün ərzində iki növbə olmaqla, 140 nəfərə yaxın şəxsi qəbul edən DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində keçirilən təlimlərdə əlilliyi olan şəxslər, o cümlədən, müharibə ilə əlaqədər əlilliyi müəyyən edilmiş şəxslər və onların övladları, şəhid ailələri üzvləri, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar və aztəminatlı ailələr təlim ala bilər.

Hazırda Mərkəzdə 14 fəaliyyət istiqaməti üzrə (Floristika, bağçılıq və landşaft dizaynı; Bədii oyma; Xalçaçılıq, toxuma və tikmə; Dərzilik, modelyer sənəti; Fotoqrafiya sənəti; Musiqi; Dulusçuluq; Təsviri incəsənət; Rəqs; Səhnə ifaçılığı, aktyor sənəti; Audio-səsyazma və media istiqaməti; Kulinariya, ofisiant işi) təlimlər keçirilir.

Həmçinin təlimlər zamanı təlim alan şəxslər Mərkəzdə yaradılmış multidissiplinar qrup tərəfindən sosial pedoqoji və psixoloji dəstək proqramlarına cəlb olunurlar.