Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Dəstək Mərkəzi “Yeni doğulmuş qız övladları üçün qutu” layihəsini Sabirabad rayonunda davam etdirib.
Layihə çərçivəsində rayonda yeni doğulmuş (bu ilin iyul ayında) qız uşaqları olan 30 ailəyə içərisində körpə uşaqlar üçün ləvazimatlar, geyim dəsti və uşağa qulluq və onun ilkin tərbiyəsi ilə bağlı maarifləndirici təlimat olan qutu təqdim olunub.
Məqsəd uşaqların doğulanadək cins seçiminin qarşısının alınmasının stimullaşdırılması, qız uşaqlarının doğulduğu ailələrə dəstək göstərilməsidir.
Layihə daha əvvəl Şamaxı, Tovuz, Masallı, Tərtər, Qusar rayonlarında uğurla həyata keçirilib. Layihənin mərhələli olaraq digər rayonlarda da həyata keçirilməsi planlaşdırılır.