Ekologiya və Təbii Sərvətlər Nazirliyi, "Təmiz şəhər" ASC-nin təşkilatçılığı ilə "Yaşıl dünya naminə həmrəylik: dayanıqlı gələcək üçün tullantıdan dəyərə” beynəlxalq forumu keçirilib.
Tədbir çərçivəsində tullantı materiallarından hazırlanmış müxtəlif eksponat və rəsm əsərlərindən ibarət sərginin açılışı olub. Sərgidə DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində istifadəyə yararsız eko və bio materiallardan hazırlanmış sənət əsərləri də nümayiş etdirilib. Mərkəzin Dulusçuluq istiqaməti üzrə təlimçisi Cahan Namazova əl işləri barədə sərgi iştirakçılarına məlumat verib. Təlimçi və benefisiarlar tərəfindən böyük zövqlə hazırlanmış nümunələr qonaqlar tərəfindən maraqla qarşılanıb.