9 ayın sosial göstəricləri
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən bu ilin 9 ayında 255,4 min şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub.
Onlardan 83,2 min şəxs “Əmək və Məşğulluq” altsistemindəki vakansiya bankına yerləşdirilən vakansiyalar üzrə işlə təmin edilib.
Həmin dövrdə 13,2 min şəxs özünüməşğulluq proqramına cəlb olunub. Təlim kurslarında iştirak etdikdən sonra onların kiçik bizneslərini yaratmaları üçün aktivlərlə təminatı həyata keçirilib.
Yanvar-sentyabr aylarında 9 min işsiz şəxs üçün isə işəgötürənlərlə əməkdaşlıq çərçivəsində peşə hazırlığı kursları təşkil edilib. Digər bir istiqamət olaraq 150 min şəxsə peşəyönümü xidmətləri göstərilib.