Bu ilin 11 ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən 482 min nəfərə sosial müavinət, 377 min nəfərə Prezidentin aylıq təqaüdü ödənilib.
Həmin dövrdə əhaliyə sosial müavinətlər üzrə ötən ilin müvafiq dövrünə nisbətən 25 faiz çox olmaqla 915 mln. manat, Prezident təqaüdləri üzrə 20 faiz çox olmaqla 592 mln. manat ödənilib.
Yanvar-noyabr aylarında 125 min, sosial ödənişlərin elektron təyinatına başlandığı 2019-cu ildən 554 min müavinət və təqaüd təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib.