Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri bu ilin 11 ayında proqnozla müqayisədə 6 faiz və ya 358 mln. manat çox olmaqla 6 mlrd. 1 mln. manat təşkil edib.
Fondun gəlirləri tərkibində məcburi dövlət sosial sığorta daxilolmaları yanvar-noyabr aylarında proqnozla müqayisədə 8 faiz və ya 358 mln. manat artaraq 4 mlrd. 644 mln. manat olub.
Cari ilin 11 ayında DSMF-nin xərcləri 5 mlrd. 556 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 16 faiz və ya 759 mln. manat çoxdur.