5 ayın sosial göstəriciləri
Sosial ödənişlərə yönəldilən vəsaitlərdə artım dinamikası 2024-cü ildə də davam edir.
Cari ilin yanvar-may ayları ərzində pensiya, müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları üzrə əhaliyə 3 mlrd. 649 mln. manat vəsait ödənilib.
Bu da ötən ilin müvafiq dövrünə nisbətən 352 mln. manat və ya 11 faiz çoxdur.