5 ayın sosial göstəriciləri
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən bu ilin yanvar-may aylarında əlilliyi olan şəxslərə 50,8 min reabilitasiya vasitəsi verilib.
Onlardan 4,1 mini təkərli oturacaq (o cümlədən 139-u mühərrikli təkərli oturacaq), 993-ü aşağı və yuxarı ətraf, habelə 1,2 mini eşitmə aparatı, 1,2 mini qoltuqaltı və dirsəkaltı ağac olub. Həmçinin əlilliyi olan şəxslərə 3,7 min cüt protez və ortopedik ayaqqabı, 37 korset və s. reabilitasiya vasitələri təqdim olunub.
Bu ilin 5 ayı ərzində ümumilikdə 6,9 min nəfər əlilliyi olan şəxs reabilitasiya vasitələri ilə təmin edilib.