5 ayın sosial göstəriciləri
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən bu ilin 5 ayında əlilliyi olan 44 min şəxsə reabilitasiya xidmətləri göstərilib.
Onlardan 21,2 mini ambulator, 11,6 mini stasionar və icma əsaslı, digərləri səyyar və onlayn formada, sosial-psixoloji, habelə ippoterapiya istiqaməti üzrə reabilitasiya xidmətləri ilə təmin edilib.
Xatırladaq ki, bu ilin yanvar-may aylarında əlilliyi olan 6,9 min şəxsə 50,8 min reabilitasiya vasitəsi də verilib.