6 ayın sosial göstəriciləri
Sosial ödənişlərə yönəldilən vəsaitlərdə artım dinamikası 2024-cü ilin 6 ayında da davam edib.
Cari ilin yanvar-iyun ayları ərzində pensiya, müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları üzrə əhaliyə 4 mlrd. 382 mln. manat vəsait ödənilib.
Bu da ötən ilin müvafiq dövrünə nisbətən 408,5 mln. manat və ya 10,3 faiz çoxdur.