Yanvar ayının göstəriciləri
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən bu ilin yanvar ayında 33 mindən artıq şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub.
Onlardan 17 min nəfəri işlə təmin edilib. 476 nəfər işsiz şəxs üçün isə işəgötürənlərlə əməkdaşlıq çərçivəsində peşə hazırlığı kursları təşkil edilib.
Digər bir istiqamət olaraq 15540 şəxsə peşəyönümü xidmətləri göstərilib.