Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən yanvar ayının müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları da ödənilib.
Bundan əvvəl - yanvarın 10-da Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu, son günlərdə ölkəmizin bölgələrində yaşayan şəxslərin yanvar ayı üzrə pensiyaları, habelə güzəştli şərtlərlə təyin edilmiş pensiyalar ödənilib.
Beləliklə, bu ay üzrə bütün pensiya, müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları ödənilib.