4 ayın sosial göstəriciləri
Sosial ödənişlərə yönəldilən vəsaitlərdə artım dinamikası 2024-cü ildə də davam edir.
Cari ilin yanvar-aprel ayları ərzində pensiya, müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları üzrə əhaliyə 2 mlrd. 914 mln. manat vəsait ödənilib.
Bu da ötən ilin müvafiq dövrünə nisbətən 288 mln. manat və ya 11 faiz çoxdur.