Bundan sonra ünvanlı sosial yardım üçün müraciət zamanı ailəni təmsil edən şəxslərdən ailə üzvlərinə dair bir sıra məlumatların qeyd edilməsi tələb olunmayacaq.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İdarə Heyətinin sədri Himalay Məmişov “Ünvanlı yardım” elektron sisteminin yenidən qurulması ilə əlaqədar ünvanlı yardım üçün müraciət prosedurunda tətbiq edilən yeniliklərə dair keçirdiyi brifinqdə bildirib.
O, ünvanlı yardım üçün müraciət edərkən “Ərizə-bəyannamə”də qeyd edilməsi tələb olunmayan məlumatların sırasını diqqətə çatdırıb. Qeyd olunub ki, bu sıraya aşağıdakı məlumatlar daxildir:
DSMF sədri bu məlumatların e-sistem tərəfindən müvafiq qurumların informasiya sistemlərindən əldə ediləcəyini bildirib. O, ailənin maddi-məişət şəraiti yoxlanarkən bir sıra məlumatların “Ərizə-bəyannamə”də düzgün qeyd olunmadığı müəyyən edildikdə, həmin məlumatlara düzəliş edilməsi və müraciətə yenidən baxılması imkanının yaradıldığını da vurğulayıb. Bildirilib ki, yeni “Ünvanlı yardım” e-sisteminə giriş yalnız “Digital (ASAN) Login” üzərindən mümkün olacaq.
Ünvanlı yardım üçün müraciət prosedurundakı yeniliklər barədə ətraflı məlumat verən H.Məmişov media nümayəndələrinin suallarını da cavablandırıb.