Yazılı və e-qaydada, Çağrı mərkəzi və sosial şəbəkələr üzərindən edilmiş 2 milyon 381 min vətəndaş müraciəti cavablandırılıb
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və qurumları tərəfindən ötən il 1 milyon 921 min vətəndaşın qəbulu həyata keçirilib.
Onlardan 125 min nəfəri Nazirliyin Aparatının və qurumlarının, yerli bölmələrin rəhbər şəxsləri tərəfindən, 1 milyon 796 min nəfəri Nazirliyin Aparatının və qurumlarının, yerli bölmələrin Qəbul otaqlarında, habelə DOST mərkəzlərində qəbul edilib.
Eyni zamanda, 2023-cü ildə 2 milyon 381 min (yazılı və e-qaydada edilmiş 474 min, sosial şəbəkələr üzərindən 107 min, Çağrı mərkəzi vasitəsilə 1,8 milyon) vətəndaş müraciəti cavablandırılıb.
Hər bir vətəndaş müraciəti qanunvericiliyin tələblərinə uyğun şəkildə araşdırılaraq cavablandırılıb, müraciətlərdə əksini tapan məsələlərlə əlaqədar aidiyyəti tədbirlər görülüb. Həmçinin sorğu xarakterli müraciətlərlə bağlı izahatlar verilib.