Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Dəstək Mərkəzi “Şəhid övladlarının anaları ilə birgə səyahət və təlim proqramı” layihəsini həyata keçirib.
Layihədə Balakən, Zaqatala və Qax rayonlarından şəhid xanımları və övladlarından ibarət 30 nəfər iştirak edib. Onlar üçün Bakı şəhərində peşəyönümlü ekskursiyalar, maarifləndirici təlimlər, muzey turları, açıq havada gəzintilər təşkil olunub.
Üç gün davam edən layihə şəhid xanımları və övladlarının fərqli mühitdə və birlikdə səmərəli vaxt keçirməsini, travmatik təcrübə ilə əlaqədar alternativ psixoloji korreksiya üsullarının tətbiqini təmin etmək, uşaqların yaşıdları ilə ünsiyyət və sosiallaşma imkanlarını artırmaqla onların inkişafına dəstək məqsədi daşıyıb.