Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi dövlət uşaq müəssisələrindəki uşaqların ailələrinə qayıdışı üçün reinteqrasiya tədbirlərinə xüsusi önəm verir.
Agentlik fəaliyyətə başladığı vaxtdan ötən 4 ildə həyata keçirilən reinteqrasiya tədbirləri nəticəsində 632 uşağın müəssisələrdən ailələrinə qayıdışına nail olunub.
Onlardan 274-ü qız, 358-i oğlandır.
Uşaqların dövlət uşaq müəssisələrinə düşməsinin qarşısının alınması üçün də həssas qruplara aid uşaqlar və ailələri ilə bağlı sosial-psixoloji dəstək və maarifləndirmə işləri aparılır.
Qeyd olunan dövrdə 500-dən çox uşağın ailələri tərəfindən müəssisələrə verilməsinin qarşısı alınıb, həmin uşaqların öz ailələrində saxlanması təmin olunub.