Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Dəstək Mərkəzi tərəfiindən müharibə iştirakçıları üçün “Qəhrəmanlarımız üçün yaşıl işıq” sosial-psixoloji dəstək layihəsi başa çatıb. Yekun olaraq layihənin iştirakçıları ilə görüş olub.
Görüşdə qeyd edilib ki, layihənin məqsədi müharibədə şərəfli döyüş yolu keçmiş qəhrəmanlarımızın psixoloji müdafiəsinin, bərpasının, dayanıqlığının təmin edilməsinə və onlarda müharibənin izləri olan psixoloji fəsadların aradan qaldırılması olub.
Layihə üzrə 60 nəfər İkinci Qarabağ müharibəsi iştirakçısının psixoloji diaqnostikası aparılıb. Onlardan 20 nəfər layihə iştirakçısı üçün müvafiq fərdi müdaxilə planı tərtib olunaraq onlara sosial-psixoloji dəstək xidmətləri göstərilib.
Xidmətlər Psixologiya Elmi Tədqiqat İnstitutunun mütəxəssisləri tərəfindən həyata keçirilib.