Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi Bərdə şəhərindəki Qarabağ Regional DOST Mərkəzində “RehaPoint” – Ambulator Reabilitasiya Məntəqəsində bölgə sakinlərinə ambulator reabilitasiya xidmətlərini davam etdirir.
Məntəqədə əlilliyi olan şəxslər ambulator formada müalicəvi bədən tərbiyəsi, əmək terapiyası, psixoloq və loqoped xidmətləri, habelə ehtiyac duyduqları reabilitasiya vasitələri ilə təmin olunur. Ötən il dekabrın 1-dən fəaliyyətə başlayan Məntəqədə indiyədək 200-dək şəxsə xidmətlər göstərilib.
Yaradılacaq digər regional DOST mərkəzlərində də “RehaPoint” Məntəqəsi qurulacaq.