Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi 3 dekabr - Beynəlxalq Əlliliyi olan Şəxslər Günü ilə əlaqədar Bərdə şəhərindəki Qarabağ Regional DOST Mərkəzindəki Ambulator Reabilitasiya Mərkəzində (“RehaPoint”) “Açıq qapı” günləri keçirəcək.
1-3 dekabr tarixlərində davam edəcək “Açıq qapı” günlərində Bərdə və ətraf rayonlarda yaşayan əlilliyi olan şəxslər, müharibə veteranları, şəhid ailələri və müharibədən zərər çəkmiş vətəndaşlar üçün sosial-psixoloji xidmətlər göstəriləcək.
Tədbir çərçivəsində uşaq və böyüklər üçün ilkin psixoloq və loqoped konsultasiya və müayinəsi, ailələrin maarifləndirilməsi həyata keçiriləcək.
“Açıq qapı” günlərində qeyd olunan xidmətlərdən yararlanmaq istəyən vətəndaşlar əvvəlcədən Agentliyin 099 700 19 23 “WhatsApp” nömrəsinə, eləcə də “Facebook” və “İnstagram” səhifələrinə müraciət etməklə qeydiyyatdan keçə bilərlər.