Əmək və Əhalinin #Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin sifarişi ilə hazırlanan “Uşaqların dövlət uşaq müəssisələrinə düşməsinin qarşısının alınması və çətin həyat şəraitində olan uşaqların və ailələrin sosial xidmətlərə çıxışının təmin edilməsi məqsədi ilə günərzi mərkəzlərin xidmətinin göstərilməsi” layihəsi fəaliyyətinə davam edir.
Layihə çərçivəsində respublikanın 45 şəhər və rayonunda Günərzi Qayğı mərkəzləri fəaliyyətə başlayıb.
Burada 3-12 yaş arası çətin həyat şəraitində olan uşaqların sosial kimsəsizliyinin profilaktikası və onların dövlət uşaq müəssisələrinə yerləşdirilməsi zərurətinin minimuma endirilməsi üzrə sosial xidmətlər göstərilir.
Mərkəzlərdə sosial psixoloji, nevroloji, pedaqoji və digər xidmətlər göstərilməklə yanaşı, ailələrə hüquqi məsləhətlər də verilir.
Sosial şəbəkələrdə də bizi izləyin: