Həyatı sevərək davam etmək, özünə, bacarığına, ətrafında olanlara inanaraq, duyğularını, arzularını bölüşərək yaşamaq, beləliklə, eşitmə və nitq məhdudiyyətinin sükutunu könül xoşluğu bəxş edən şən dəqiqələrlə əvəz etmək mümkündür.
Bu zaman hər hansı məhdudiyyətlərin üzərindən uğurla aşıb keçmək və istəklərinə doğru inamla addımlamaq da asanlaşır. Bir daha əmin olursan ki, əlillik qüsur deyil və yaşamaq, yaratmaq üçün məhdudiyyət ola bilməz!
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə “Əlillik qüsur deyil” devizi üzrə hazırlanmış, eşitmə və nitq məhdudiyyətli şəxslərə ünvanlanan videoçarx da bu nikbin həyati mənanı əks etdirir.
Videoçarxı təqdim edirik: