Təcavüzkar Ermənistan tərəfindən Azərbaycanın mülki əhalisinə qarşı terror hücumlarından zərər çəkən vətəndaşlarla, şəhid ailələri ilə görüşülərək onlara mənəvi-psixoloji dəstəyin göstərilməsi işləri davam edir.
Bu istiqamətdə işlərlə yanaşı, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin təşkilatçılığı və BMT Uşaq Fondunun (UNICEF) dəstəyi ilə "Ailə sovqatları" humanitar aksiya da təşkil olunub.
Bərdə və ətraf ərazilərdə erməni terrorundan zərər çəkmiş ailələrə aksiya çərçivəsində sovqatlar paylanıb. Ümumilikdə 1000-dək ailə bu aksiya ilə əhatə olunub.