Prezident, Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə qüdrətli və müzəffər Ordumuzun xalqımıza bəxş etdiyi böyük Şuşa Qələbəsi, ərazilərimizin düşməndən bir-birinin ardınca azad edilməsi istedadlı əlilliyi olan şəxslərimizdə də sonsuz fərəh, coşqu və qürur hissi yaradıb.
Zəfər müjdələrindən ruhlanan, Şuşamızın azad olunmasının sevincini, həyəcanını yaşayan yaradıcı əlilliyi olan şəxslərimizdən Aysel Əlizadə, Seymur Əliyev və Turanə Həmidovanın ifasında dövlət himnimiz ölkəmizdə möhtəşəm Qələbə ruhunun hokm sürdüyü bu tarixi günlərə onların bir töhfəsidir.
Tanınmış müğənni, “Avroviziya” mahnı müsabiqəsində ölkəmizi təmsil edən Samirə Əfəndi ilə birgə ifa edilən bu gözəl musiqi əsəri hər birimizdə iftixar duyğularını daha da artırır.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə ərsəyə gələn musiqi nömrəsini təqdim edirik:
https://youtu.be/fCAUZns8PyM