Bu ilin yanvar-oktyabr aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti “Əmək müqaviləsi bildirişi” altsistemi ilə bağlı işəgötürən və işçilərdən daxil olmuş 3 101 müraciətlə əlaqədar onlara texniki-metodiki kömək göstərib.
Müraciətlərinə əsasən işəgötürənlər əmək müqaviləsi bildirişi üzrə e-sistemdən düzgün istifadə olunması, bildirişlərin e-sistemə daxil edilməsi zamanı yol verilmiş texniki səhvlərin aradan qaldırılması, əmək münasibətlərinin qanunvericiliyə uyğun həyata keçirilməsi ilə bağlı məsələlərdə müvafiq dəstəklə təmin ediliblər. Onlara həmçinin əmək fəaliyyəti, habelə müəssisələrin işçilərinin sayı, vətəndaşlıqları, iş rejimləri və s. barədə məlumatların e-sistemdən əldə edilməsi istiqamətində yardım göstərilib.
Əmək qanunvericiliyi ilə bağlı suallarınıza cavab almaq, əmək hüquqlarınız pozulduğu hallarda şikayət etmək üçün Dövlət Əmək Müfəttişliyi Xidmətinə (demx@sosial.gov.az) elektron qaydada və ya poçtla (Bakı şəhəri, Cəfər Cabbarlı küçəsi 37) müraciət edə, yaxud Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142 - Çağrı Mərkəzi ilə əlaqə saxlaya bilərsiniz.