Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi elektron xidmətlərinin siyahısını genişləndirməkdə davam edir.
Agentlik tərəfindən ictimai işlərin təşkili üzrə bütün prosedurları özündə cəmləyən www.works.gov.az portalı hazırlanır. Məqsəd müasir tələblərə uyğun olaraq, müvafiq qurumlarla sürətli kommunikasiya və rəqəmsallaşma sistemi qurulmaqla, ictimai işlərin təşkilində şəffaflığı təmin etməkdir.
“İctimai işlər portalı” vasitəsilə:
mümkün olacaq.
Portal ictimai işlərə cəlb olunan şəxslərin işə davamiyyətinin yoxlanılması və bu istiqamətdə nəzarət üçün əlverişli platforma kimi də xüsusi önəm kəsb edəcək.
Portalın gələn ildən istifadəyə verilməsi planlaşdırılır.