Prezident İlham Əliyevin tapşırığına əsasən reabilitasiya infrastrukturunun təkmilləşdirilməsi işləri çərçivəsində Sumqayıt Reabilitasiya Mərkəzində də təmir və yenidənqurma işləri aparılır.
Bu işlər artıq yekunlaşır və müəssisənin gələn ay istifadəyə verilməsi planlaşdırılır.
Bərpa mərkəzində il ərzində 1000-dən çox əlilliyi olan şəxsə səmərəli fizioterapevtik üsulların tətbiqi və müasir avadanlıqlardan istifadə olunmaqla reabilitasiya xidmətləri göstəriləcək. Mərkəzdə əlilliyi olan şəxslərin sosial-psixoloji xidmətlə təmin edilməsi də nəzərdə tutulur.