Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən yanvar-iyul aylarında ümumilikdə 2 milyon 571 min şəxsə pensiya, müavinət, təqaüd, ünvanlı sosial yardım ödənilib.
Bu istiqamətdə ötən ilin eyni dövrünə nisbətən 26,76 faiz çox və ya 707 milyon manat çox olmaqla, 3 mlrd. 349 mln. manat vəsait ödənilib.