Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu ilin 6 ayında (karantin dövründə Operativ Qərargahın tələblərinə uyğun) 25,5 mindən çox vətəndaş fərdi qaydada qəbul edilib.
Onlardan 869-nu nazir, nazir müavinləri, nazirliyin Aparat rəhbəri və digər rəhbər vəzifəli şəxsləri qəbul edib.
Yanvar-iyun aylarında ümumilikdə Nazirlik tərəfindən 646,4 min (o cümlədən 142 Çağrı mərkəzi vasitəsilə 421,7 min, ərizə, onlayn, elektron poçt ilə edilən 155 min, sosial şəbəkələr (facebook, instagram və s.) vasitəsilə 61,2 min, Nazirliyin Aparatı üzrə iş telefonları vasitəsilə 8,5 min) vətəndaş müraciəti cavablandırılıb.
Hər bir müraciətdə əksini tapan məsələlərlə əlaqədar aidiyyəti tədbirlər görülüb, sorğu xarakterli müraciətlərlə əlaqədar vətəndaşlara izahatlar verilib.