Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi xüsusi karantin rejimi başa çatdıqdan sonra əlilliyi olan şəxslərə ilkin mərhələdə ambulator formada bərpa xidmətlərinin davam etdirilməsini nəzərdə tutur.
Hazırda isə COVİD-19 pandemiyası ilə mübarizə tədbirləri çərçivəsində Agentliyin paytaxt və regionlarda fəaliyyət göstərən bərpa mərkəzlərində reabilitasiya tədbirləri müvəqqəti olaraq məhdudlaşdırılıb. Bu da koronovirus pandemiyası ilə əlaqədar yarana biləcək risklərin minimuma endirilməsi, əlilliyi olan şəxslərin sağlamlığının infeksiyadan qorunması üçündür.
Onu da qeyd edək ki, bu il Agentliyin 8 yeni reabilitasiya müəssisəsinin istifadəyə verilməsi planlaşdırılır ki, nəticədə ölkədə reabilitasiya imkanları 2 dəfədən çox artacaq. Onlardan bir qismi sərtləşdirilmiş karantin rejimi başa çatdıqdan sonra artıq istifadəyə təqdim ediləcək.