2020-cu ilin yanvar-iyun aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən 54 min 137 nəfər işsiz və işaxtaran vətəndaş münasib işlə təmin olunub.
Əsasən həssas əhali qruplarından ibarət olmaqla 12 min nəfərin özünüməşğulluq proqramına cəlb olunması işləri aparılıb, onlardan artıq 3500 nəfər proqrama cəlb olunub. Ödənişli ictimai iş yerlərinin sayı 90 minə çatdırılıb, habelə 38,4 min nəfər peşə hazırlığına və peşəyönümü tədbirlərinə cəlb edilib.
16 rayon və şəhərdə keçirilən əmək yarmarkalarında 1 150 nəfər işlə təmin olunub. Yanvar-may aylarında “Məşğulluq” altsistemində vakansiyaların qeydiyyatı da davam edib və altsistemdə 45,6 min vakansiya qeydiyyata alınıb.