Pandemiya ilə əlaqədar məşğulluğa və sosial rifaha dəstək tədbirlərinin bir istiqaməti də qeyri-dövlət sektorunda iş yerlərinin qorunmasına yönəlib.
Bu istiqamətdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən elektron sistem üzərindən gündəlik nəzarət həyata keçirilir, işəgötürənlərlə sosial dialoq müstəvisində müvafiq işlər aparılır.
Görülən işlərin müsbət nəticəsi kimi, özəl sektorda nəinki əmək müqavilələrinin sayında azalma baş verməyib, əksinə, artım dinamikası davam edib.
Qeyri-dövlət sektoru üzrə əmək müqavilələrinin sayı bu il aprelin 1-dən 87 200, yanvarın 1-dən 110 min müqavilə artaraq, 2020-ci ilin 1 iyul tarixinə 751 300-ə çatıb.