Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən özünüməşğulluq proqramına cəlb edilənlərin sayı 3500-ə çatıb.
Onlardan bir hissəsi artıq təlimlərdə iştirak edib və Xidmət tərəfindən özünüməşğulluq proqramına cəlb edilən digərləri üçün təlimlərin keçirilməsi davam etdirilir.
Hazırda xüsusi karantin rejimi tətbiq edilməyən rayonlarda ümumilikdə 800-dək iştirakçı təlimlərdə iştirak edir. Təlimlər “Vətəndaş qəbulu həyata keçirən qurumlarda koronavirus (COVİD-19) infeksiyasının profilaktikasına dair” metodiki göstərişlərə uyğun şəkildə, 10 nəfərdən ibarət qruplar halında təşkil edilir.
Təlimlər zamanı biznes-plan qurmaq, kiçik biznesin təşkili və inkişaf etdirilməsi üzrə bilik və bacarıqlar öyrədilir.