Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən və Dünya Bankının maliyyə dəstəyi ilə həyata keçirilən “Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində Bakı şəhəri, Pirallahı qəsəbəsində ictimai dinləmə keçiriləcək.
Tədbirdə layihənin hədəf və məqsədləri, əhatə dairəsi, layihənin icrası zamanı ətraf mühit və sosial məsələlərə dair tələblər, proqramın gözlənilən faydaları, müraciət və iştirak qaydalarına dair iştirakçılara ətraflı məlumat veriləcək.
İctimai dinləmə yanvarın 29-da saat 14:00-da Pirallahı qəsəbəsində Gənclər Mərkəzində (Bakı şəhəri, Pirallahı qəsəbəsi, Səməd Vurğun küçəsi 496) keçiriləcək.