6 ayın göstəriciləri
Cari ilin yanvar-iyun aylarında pensiya ödənişlərinə ötən ilin müvafiq dövrünə nisbətən 14 faiz (391 mln. manat) çox olmaqla 3 mlrd. 234 mln. manat vəsait yönəldilib.
Pensiya artımı istiqamətində növbəti addım kimi 2024-cü il yanvarın 1-dən bütün pensiyalar ötən il üzrə orta aylıq əməkhaqqının illik artım tempinə uyğun olaraq 11,2 faiz indeksləşdirilməklə artırılıb.
Hesabat dövründə ölkə üzrə pensiyaların orta məbləği 13% artaraq 491 manat, yaşa görə pensiyanın orta məbləği isə 525 manat təşkil edib.
Qeyd edək ki, son 6 ayda 22 min, elektron pensiya təyinatına başlandığı 2019-cu ilin əvvəlindən 124 min pensiya təyinatı e-sistem üzərindən proaktiv qaydada aparılıb.