Himayədar ailə institutu və övladlığagötürmə sahəsində məlumatlılıq səviyyəsinin artırılması üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən hazırlanmış, övladlığagötürmə və himayədar ailə fəlsəfəsini təbliğ edən posterlər Dövlət Reklam Agentliyinin dəstəyi ilə Bakı şəhərinin müxtəlif məkanlarında nümayiş olunur.