Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin övladlığagötürmə üzrə e-sistemi ABŞ-nin beynəlxalq onlayn “dotCOMM Awards” müsabiqəsində “Dövlət saytı” nominasiyasının “Qızıl mükafat” kateqoriyasında qalib seçilib. https://enter.amcpros.com/dotcomm/entry/adoption-e-system/
Müsabiqənin saytında bu barədə, habelə Nazirliyin tabeliyindəki DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi haqqında məlumat və övladlığagötürmə üzrə e-sistemə dair geniş təqdimat yerləşdirilib.
Yaradıcılıq və rəqəmsal ünsiyyətdə mükəmməlliyi müəyyən edən “dotCOMM Awards” müsabiqəsi internetin inkişaf edən alətlərini (interaktivlik, məzmun, dizayn, sosial media, video, proqramlar, bloqlar, saytlar, marketinq və reklam kampaniyaları) əhatə edir.
Müsabiqədə 100-dən çox ölkədən rəqəmsal layihələr iştirak edib.